16 may 2020 12:28
572

Ermənistanda 4 283 nəfər COVİD-19-a yoluxub

Ermənistanda koronavirusa yoluxanların sayı 4 283 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 239 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 3 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 55 nəfər koronavirusdan ölüb, 2 415 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.