18 may 2020 11:19
309

Ermənistanda daha 351 nəfər koronavirusa yoluxdu

Ermənistanda koronavirusa yoluxanların sayı 4823 nəfərə çatıb.

Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, son sutkada daha 351 yeni yoluxma halı qeydə alınıb, 1 nəfər ölüb.

Pandemiya qurbanlarının ümumi sayı 61 nəfərdir, indiyədək 2019 xəstə sağalaraq evə buraxılıb.