04 iyul 2020 13:24
1158

Ermənistanda daha 580 nəfər...

Ermənistanda pandemiya qurbanlarının sayı artmaqda davam edir.

Son 24 saat ərzində ölkədə daha 580 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb. Daha 8 nəfər isə pandemiyadan ölüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzi məlumat yayıb.

Bildirilir ki, ölkədə koronavirusa yoluxanların sayı 27 min 900 nəfərə yüksəlib.

COVID-19 virusundan ölənlərin sayı isə 477 nəfər təşkil edir.

Hazırda Ermənistanda 11 min 331 aktiv koronavirus xəstəsi var.