24 iyun 2020 12:46
378

Ermənistanda daha 711 nəfər koronavirusa yoluxdu

Ermənistanda son sutka ərzində daha 711 nəfər koronavirusa yoluxub. Bununla da ölkədə COVID-19 virusuna yoluxanların sayı 21 min 717 nəfərə çatıb. “İki sahil” xəbər verir ki, Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzinin məlumatında bildirilir ki, ölkədə daha 14 nəfər pandemiyadan ölüb. Beləliklə, ölənlərin sayı artaraq 386-ya yüksəlib. Hazırda Ermənistanda 10 min 404 nəfər aktiv koronavirus xəstəsi var.