16 mart 2020 15:45
648

Ermənistanda fövqəladə vəziyyət elan edildi

Ermənistan hökuməti bir ay ərzində respublikada fövqəladə vəziyyət elan edib.

Azvision.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə hökumətin iclasında qərar alınıb.

"Martın 16-ı saat 17:00-dan 16 aprel 09:00-a qədər respublika ərzisində fövqəladə vəziyyət elan olunur", Ermənistanın ədliyyə naziri Rustəm Badasyan hökumətin iclasında deyib.

Onun sözlərinə görə, fövqəladə vəziyyət rejimi dünyada və Ermənistanda koronavirusun yayılması ilə əlaqədar tətbiq edilir. Eçimiədzin şəhərindəki epidemioloji vəziyyətin insanların təhlükəsizliyinə və sağlamlığına təhdid olduğunu nəzərə alaraq, bu qərar verilib.