30 yanvar 2019 17:42
337

Ermənistanda gedən proseslər Avropa tərəfindən düzgün qiyətləndirilmir

“Biz illər boyu müşahidə etmişik ki, Ermənistanda gedən proseslər Avropa tərəfindən düzgün qiyətləndirilmir. Lakin Azərbyacana gəldikdə isə burada baş verən hadisələri daim izləyirlər və ölkmizdəki hər hansı bir qanun pozuntusu törətmiş birinini siyasi məhbus statusu verməyə tələsirlər”.

Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, Ermənistanda baş verən proseslər və məhbus jurnalistin ölməsi Azərbaycanda baş versəydi bunu dərhal Avropa təşkilatları əllərində bayraq tutaraq, qətnamələr, qərarlar səsləndirərdilər və Azərbaycana qarşı təzyiq mexanimini işə salardılar. Sual olunur nəyə görə münasibət fərqlidir?! Ona görə ki, ikili standartlar beynəlxalq əlaqələrdə, beynəlxalq müstəvidə höküm sürür və ikilistandartların arxasında erməni lobbisinin fəaliyyəti dayanır. Eyni zamanda, hər kəsə bəllidr ki,  Avropanın bəzi  siyasətçiləri bu gün erməni lobbisinin maraqlarını ifadə edir, onların siyasətlərini yürüdür, bu baxımdan da vaxtaşırı olaraq, ölkəmizə qarşı kampaniya həyata keçirilir.

“Digər səbəb isə ondan ibarətdir ki, Ermənistanda baş verən həm siyasi, həm də iqtisadi vəziyyətin ağırlığı , zəif bir dövlətin asanlıqla manipulyasiya olunması faktı və orada baş verən məsələlər o qədərdə Avropanı maraqlandırmır. Azərbaycanda isə əksinə, bu gün ölkənin nüfuzu, beynəlxalq aləmdə söz sahibi olması, gücülü liderin rəhbərliyi ilə müstəqil, xalqın mənafeyini ifadə edən siyasət həyata keçirməsi və qazandığı uğurlar hər kəsi ölkəmizdə baş verən prosseslərə cəlb edir və Avropa tərəfindən diqqətlə izlənilir. Çünki, ölkədə höküm sürən sabitlik, xalq –iqtidar həmrəyliyi, həyata keçirilən iqtisadi lahiyələr günü-gündən ölkənin nufuzunun artmasına gətirib çıxarır. Eyni zamanda, bunların əsasında güclü lider faktoru dayanır . Bu baxımdan bəzi dairələr ölkəmizdə baş verən kiçik bir hadisəni siyasiləşdirməyə çalışırlar. Bütün bunlara baxmayaraq, Azərbaycan öz düzgün və müstəqil siyasətini həyata keçirməklə, gerçəklikdən uzaq olan məsələlərlə məşğul olan qüvvələrin niyyətini ürəyində qoyur və inamla öz inkişaf yolu ilə addımlayır”-deyə, S.Fətəliyeva qeyd edib.