10 avqust 2020 13:57
1128

Ermənistanda hərbi polisin yeni rəisi virusa yoluxdu

Ötən həftə Ermənistan Müdafiə Nazirliyinin hərbi polisinə rəis təyin olunan Aşot Zakaryan koronavirus infeksiyasına yoluxub.

Azvision.az xəbər verir ki, bu barədə “Joxovurd” nəşri yazıb.

Məlumatda vurğulanır ki, Zakaryan hazırda Vanadzor xəstəxanasındadır. Onun temperaturu yüksəldiyi üçün xəstəxanaya aparılıb.

Zakaryan 6 avqustda hərbi polisə rəis təyin edilib, eyni gündə COVID-19 üçün testi müsbət nəticə göstərdikdən sonra təcrid olunub.