22 fevral 2019 14:53
648

Ermənistanda intihara cəhdlərin sayı 20 faiz artıb

Ermənistanda intihar cəhdlərinin sayı 20 faiz artıb.

"İki sahil" “Report”a istinadən xəbər verir ki, bunu Ermənistan Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətinin kapitanı Tiqran Sarkisyan bildirib.

Onun sözlərinə görə, 2018-ci ildə baş verən 500 intihar cəhdindən 108-i ölümlə nəticələnib: “Özünü öldürənlər, əsasən, 40-60 yaşlı kişilərdir. Onlar daha çox özlərini asmaqla intihar edirlər”.

T.Sarkisyan deyib ki, intihar cəhdləri, əsasən, Yerevan, Şirak və Lori vilayətlərində qeydə alınıb.

Psixoloq Arkadi Mehrabyan vurğulayıb ki, ölkədə baş vermiş intihar halları daha çox sosial-iqtisadi vəziyyətin ağırlığı ilə bağlıdır.