23 noyabr 2020 14:21
449

Ermənistanda itkin düşən əsgərlərin yaxınları etiraz edir - VİDEO

Yerevanda Ermənistan Müdafiə Nazirliyinin qarşısında Qarabağ müharibəsində itkin düşmüş əsgərlərin yaxınları etiraz aksiyası keçirir.

"İki sahil" Trend-ə istinadən xəbər verir ki, etirazçılar sabiq müdafiə naziri David Tonoyanla görüş və onun suallara cavab verməsini tələb edirlər.

Bundan başqa, itkin düşənlərin yaxınları Gümrü şəhərində aksiya keçirir.