29 iyul 2020 10:24
358

Ermənistanda koronavirusa görə fabrik bağlandı

Ermənistanda geyim fabrikinin işçilərində koronavirus aşkarlandığı üçün müəssisə bağlanıb.

Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, tikiş fabriki İcevanda yerləşir.

Hələlik 2 işçidə virus təsdiqlənib, lakin sayın artacağı istisna deyil. İnfeksiyaya yoluxmuş insanlarla təmasda olan işçilər özlərini təcrid ediblər.