05 avqust 2020 11:04
753

Ermənistanda koronavirusa yoluxma artdı

Ermənistanda koronavirusa yoluxanların sayı 39 586 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 288 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bu günədək Ermənistanda 768 nəfər koronavirusdan ölüb, 7 968 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, Ermənistanda pandemiya ilə əlaqədar fövqəladə vəziyyət avqustun 12-dək uzadılıb.