03 iyul 2020 11:02
398

Ermənistanda koronavirusdan ölənlərin sayı 469 nəfərə çatıb

Ermənistanda son sutka ərzində daha 662 nəfər yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub. “İki sahil xəbər verir ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı 27 320 nəfərə çatıb. Son sutka ərzində koronavirusa yoluxan 10 nəfər ölüb və bununla da virusa yoluxma nəticəsində ölənlərin sayı 469 nəfər olub. Xəstəlikdən sağalanların sayı 15 484 nəfərdir.