10 avqust 2020 11:08
590

Ermənistanda koronavirusdan ölənlərin sayı 800-ə yaxınlaşır

Ermənistanda son sutkada daha 23 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

 “Sputnik Armenia”nın məlumatına görə, bununla da ölkədə koronavirusa yoluxanların sayı 40 433 nəfərə çatıb.

Son sutka ərzində koronavirusa yoluxan 5 nəfər ölüb və bununla da virusa yoluxma nəticəsində ölənlərin sayı 796 nəfər olub.

Ermənistanda xəstəlikdən sağalanların sayı 32 616 nəfərdir.