06 aprel 2020 11:55
917

Ermənistanda koronavirusdan ölənlərin sayı artdı

Ermənistanda koronavirusa yoluxanların sayı 833-ə çatıb.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu aprelin 6-da ölkənin baş naziri Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, son sutkada yoluxanların sayı daha 11 nəfər artıb. 

Hökumət başçısı deyib ki, son sutkada pandeymiyaya yoluxmuş 68 yaşlı pasiyent ölüb.

Bununla da Ermənistanda koronavirusadan ölənlərin sayı 8-ə çatıb.