27 iyul 2020 17:58
492

Ermənistanda külli miqdarda rüşvət faktı aşkarlandı

Ermənistan Milli Təhlükəsizlik Xidməti Dövlət Gəlirlər Komitəsinin əməkdaşlarının külli miqdarda rüşvət almasına dair fakt aşkarlayıb.

Azvision.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, 2019-2020-ci illərdə gömrükçülər qadağan olmasına baxmayaraq, sükanı sağda olan nəqliyyat vasitələrini Ermənistan ərazisinə buraxıblar.

Sənədləri saxtalaşdıraraq bu avtomobilləri sol istiqamətli nəqliyyat vasitəsi kimi qeydiyyata alıblar. Saxtalaşdırma zamanı gömrükçülər külli miqdarda rüşvət alıblar.

Faktla əlaqədar MTX-nin istintaq şöbəsində bir neçə maddə üzrə cinayət işi başlanıb. İstintaq davam edir, cinayət sxemində iştirak edən digər şəxslər araşdırılır.