13 fevral 2019 17:26
81

Ermənistanda növbəti etiraz aksiyası başlayıb

Ermənistanda Alaverdi Misəritmə Zavodunun fəhlələri etiraz aksiyası keçirirlər. Onlar zavodun yaxınlığından keçən Gürcüstan-Ermənistan dəmir yolunu bağlayıblar. Aksiya iştirakçıları baş nazir Nikol Paşinyanla görüşmək tələbi irəli sürüblər.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, fəhlələrin etiraz aksiyasının səbəbi zavodun ekologiya idarəsi tərəfindən 380 milyon dram (700 min dollar) məbləğində cərimə olunması və bunun nəticəsində borclu olduğu bankın mülkiyyətinə verilməsidir. Nəticədə əmək müqavilələrinə xitam verilib və ilin əvvəlindən yüzlərlə fəhlə işsiz qalıb.

Aksiya iştirakçılarının Lori vilayətinin qubernatoru ilə danışıqları da nəticəsi başa çatıb. Aksiyada iştirak edən 200-dən çox fəhlə problemləri həll olunmayana qədər dəmir yolunu açmayacaqlarını elan ediblər. Baş nazir Paşinyan isə bildirib ki, hökumət zavodun banka verilməsi haqqında məhkəmənin qərarına müdaxilə edə bilməz.