01 dekabr 2020 13:08
869

Ermənistanda növbəti etiraz aksiyası keçirilir

Ermənistanın Eçmiədzin şəhərində hərbi hissə yaxınlığında etiraz aksiyası keçirilir.

"İki sahil" Trend-ə istinadən xəbər verir ki, aksiyada Qarabağ müharibəsində itkin düşmüş əsgərlərin onlarla yaxını iştirak edir.

Etirazçılar həmin əsgərlərin tapılaraq Ermənistana qaytarılmasını tələb edir.

Qeyd olunur ki, oktyabr ayında Eçmiədzindən çox sayda ehtiyatda olan əsgər Zəngilan istiqamətində döyüşlərə göndərilmiş, onların əksəriyyəti mühasirədə itkin düşmüşdü.

Yalnız 34 nəfərin mühasirədən çıxa bildiyi deyilir.