12 avqust 2020 16:23
1321

Ermənistanda növbəti polis özbaşınalığı - VİDEO

Ermənistanda açıq havada maska taxmayan vətəndaşa qarşı polisin özbaşınalığını və kobud rəftarını əks etdirən növbəti videogörüntü yayılıb.

Video sosial şəbəkələrdə erməni istifadəçiləri tərəfindən paylaşılıb.

Kadrlarda bir qrup polis əməkdaşının gənc qadına qarşı kobudluğu, onu polis maşınına itələməyə çalışması əks olunub. Qadının saxlanılmasına səbəb maskanı aşağı salması olub.

Göründüyü kimi qadın müqavimət göstərir, amma qüvvələr qeyri-bərabərdir. Bu zaman özü maskasız olan polis həmkarlarının köməyinə gəlir və qızı zor gücünə maşına mindirirlər.

Hadisə Ermənistan mətbuatında və sosial şəbəkələrdə kəskin tənqid edilib və polisin açıq şəkildə özbaşınalıq etdiyi qeyd olunub. //Azvision.az