Ermənistanda daha bir siyasi fəal tutulub.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, polis “Adekvad” ictimai hərəkatının üzvü Konstantin Ter-Nakalyanı saxlayıb. Onun hansı səbəbdən saxlanılması barədə məlumat verilməyib.
Xatırladaq ki, bu gün polis "VETO" ictimai-siyasi hərəkatının qurucusu Narek Malyanı da tutub.