04 iyun 2020 11:54
758

Ermənistanda virusa yoluxma sayı 11 mini keçdi, 176 nəfər ölüb

Ermənistanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 697 yoluxma halı qeydə alınıb, 6 nəfər ölüb. “İki sahil” xəbər verir ki, bu haqda “Sputnik Armenia” məlumat yayıb. Ermənistanda koronavirusa yoluxanların sayı 11 221, xəstəlikdən ölənlərin sayı isə 176 nəfərə çatıb. Koronavirusa yoluxan 3468 nəfər sağalıb.