28 iyul 2020 11:50
260

Ermənistanda virusdan ölənlərin sayı 719 nəfərə çatıb

Ermənistanda yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 37 629 nəfərə çatıb.

 “Armeniasputnik.am” saytının məlumatına görə, ötən sutka ərzində daha 239 nəfər koronavirusa yoluxub.

Ermənistanda son sutka ərzində koronavirusa yoluxan 8 nəfər ölüb, bununla da COVID-19-dan ölənlərin sayı 719 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 27 357 nəfərdir.