10 iyul 2020 13:54
632

Ermənistanda yoluxma sayı 30 mini keçib

Ermənistanda son sutka ərzində daha 557 nəfər yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.  “Sputnik Armenia” xəbər verir ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı 30 903 nəfərə çatıb.

Son sutka ərzində koronavirusa yoluxan 11 nəfər ölüb və bununla da virusa yoluxma nəticəsində ölənlərin sayı 546 nəfər olub.