13 fevral 2019 11:19
122

Ermənistandakı “məxməri” şadyanalığın cod gerçəkliklərlə əvəzlənməsi

Ermənistanda cinayətkar rejimin səfil günə saldığı xalqın meydanlara tökülüb haqqını tələb etdiyi  vaxtdan az qala bir ilə yaxın vaxt keçir. Mitinqlərdə etirazçıların əlləri üstündə meydana gətirib populist çıxışlarına  sadəlövhcəsinə inandığı  Nikol Paşinyan da verdiyi  vədləri doğrultmayanda ac erməni  xalqının yenə əli boşda qaldı. Ermənistan “məxməri”  inqilabdan sonra həqiqətin cod üzü ilə yenidən qarşı-qarşıya qalmalı oldu...

“Türkiyə və Azərbaycan aktiv şəkildə beynəlxalq nəqliyyat, neft-qaz layihələrini reallaşdıraraq  öz iqtisadiyyatını gündən-günə inkişaf etdirir, dünyada siyasi və iqtisadi mövqelərini daha da gücləndirir, öz əhalisinin daha da rifah halında yaşamasını təmin edir və eyni zamanda, Ermənistanı blokadada saxlamağa davam edir. Azərbaycan gündən-günə inkişafı ilə göz qamaşdırır, biz isə sadəcə vaxt itiririk”. 

Bunu biz demirik,  bu fikirlər işğalçı ölkənin “armenianreport” saytının köşə yazarı Qraçya Qalustyanın  növbəti analitik yazısındandır. Müəllif hətta bir az da irəli gedərək Ermənistana iqtisadi təzyiq göstərməsi üçün Qərbin  Bakını müvafiq imkanlardan məhrum etməsi tələbi ilə çıxış etməyə  də özündə cürət tapıb: “Qərb hər bir şəkildə rəsmi Bakının qarşısını almalıdır ki,  Azərbaycan Ermənistanı təcrid edə bilməsin.  Bu, Qərbə həm də Ermənistanı Rusiyanın iqtisadi asılılığından qurtarmaq üçün lazımdır. Qərb bizim ölkənin iqtisadi inkişafına nə qədər  tez kömək etsə, Ermənistan bir o qədər tez Avropa ailəsinin üzvü ola bilər...”

Kölə təfəkkürlü və daim başqalarının rəyindən, addımından asılı şəkildə yaşayan ermənilərin xisləti bu yazıda da özünü büruzə verir. İşğalçı ölkədə elə fikirləşirlər ki,  orada hakimiyyətdə bir-birini əvəz edən terrorçu  və işğalçı  “liderlər”in “əsəri” olan müasir  Ermənistanı  Qərb xilas etməyə borcludur. İllərdir erməni cəmiyyəti  bu təfəkkürlə yaşayır.  Heç vaxt suveren ola bilməyən Ermənistan bu gün  “məxməri” inqilabdan sonra da kənar qüvvələrdən asılı vəziyyətdə simbioz yaşamağa davam  etmək istəyir.

Qalustyanın sözügedən yazısında Avropaya vizasız gediş -gəliş əldə etmək “iştahı” da öz əksini tapıb. Müəllif nədənsə Ermənistandan bu gün dünyanın ən müxtəlif istiqamətlərinə miqrasiya axınını, vizalı, ya da vizasız, qanuni, yaxud qaçaq şəkildə fərqi yoxdur,  dabanına tüpürüb ölkədən kütləvi şəkildə qaçan əhalini qeyd etməyi “unudub”.  Əvəzində yazar Ermənistanın yeni hökumətinə Avropaya sərbəst gediş-gəliş əldə olunması ilə bağlı ağıl verməyə çalışıb və bunu dövlətin siyasətində  prioritet istiqamətlərdən birinə çevirməsinin vacibliyini vurğulayıb. 

Adıçəkilən müəllif yazısında Kremlin Ermənistana qarşı sayğısız davranışından şikayətlənməyi də yaddan çıxarmayıb: “Rusiya bizimlə  bərabərhüquqlu tərəfdaş  kimi davranmır. Orada praktik olaraq açıq mətnlə bizim suverenliyimizə hörmətsizlik ifadə olunur.  Kreml yalnız əmr  dili ilə danışır, bizimlə kölə kimi davranmağı davam etdirir...” 

Müəllif niyə rusların ermənilərə  onların öz xislətlərinə uyğun davrandığına heyrətlənir ki? Rusların böyük şairi Puşkin dahiyanə misraları ilə hələ XIX əsrdə  bu satqın və  xudbin toplumun əsl mahiyyətini ifadə  etmişdi: “Sən qulsan, sən oğrusan, sən qorxaqsan, sən ermənisən!”.  İndi niyə qalustyanları Rusiyanın analoji münasibəti təəccübləndirir ki? Aradan uzun zaman keçsə də, ermənilər dəyişməyiblərsə,  rusların onlara davranışı niyə dəyişməlidir ?

Ermənistanın dərdi bununla yekunlaşmır. “Armenianreport”un başqa bir yazarı, Azərbaycana qarşı xüsusilə aqressiv mövqeyi ilə seçilən “analitik” Tevos Arşakyanın yazısında isə inqilabdan sonrakı Ermənistanda həyata keçirilən səfeh islahatlardan söz açılıb: “Məxməri” inqilabın qələbə qazanmasının  ən böyük səbəblərindən biri  sosial-iqtisadi faktorlar idi. İldən- ilə sıravi erməni vətəndaşı daha pis yaşayır, işsizlik və miqrasiya sürətli templə artır, əhalinin böyük qismi yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Ona görə də xalqın meydanlara çıxıb Sarkisyan rejimini qovması üçün kiçik bir təkan kifayət etdi. Hakimiyyətə yeni gələn siyasi elita korrupsiyanı aradan qaldırmağı, ölkəyə investisiyalar cəlb etməyi və vətəndaşların güzəranını yaxşılaşdırmağı vəd etdi. Bir neçə aydan sonra Paşinyan və tərəfdarları  hakimiyyətə gəlmələrinin bir illiyini qeyd edəcəklər. Ancaq onların hələ ki öyünəcəkləri hansısa bir ürəkaçan məqam yoxdur. Ermənistanda əvvəlki kimi bahalıqdır, qiymətlər  gündən-günə qalxır, yoxsulluğun göstəricilərində heç bir müsbət dəyişiklik yoxdur...”

Görünən budur ki,  işğalçı Ermənistanın   yeni hakimiyyəti səfeh islahatlar və sərsəm  qərarları ilə rəzil  keçmişə   və səfil bu günə malik olmaqla yanaşı, kütbeyin, savadsız və ziyasız gələcəyinin formalaşmasının da “qarantıdır”.  Beləliklə, Ermənistan özünü bütün aspektlərdən məhv etməyin ən optimal variantını tapıb. Bizə isə bu özünüməhvetmə prosesində ən  maraqlı məqam torpaqlarımızı birazdan tamamilə kütbeyin bir kütlənin hakim olacağı bir dövlətin işğalından mümkün qədər tez qurtarmaqdır.

Sevinc Abdullayeva, “İki sahil”