29 oktyabr 2020 17:43
565

Ermənistanın atəşi nəticəsində Goranboyda dinc sakin həlak oldu

“Goranboyun Tap kəndində Ermənistan silahlı qüvvələri tərəfindən daha bir dinc sakin qətlə yetirilib. Raket onların evinin damına düşüb”.

"İki sahil" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.

O əlavə edib ki, Ermənistanın hərbi cinayətləri davam edir.