Terrora dəstək, faşizmə sədaqət, başqalarının ərazilərini zəbt etmək qana susayan daşnakların «milli strategiyasına» daha uyğundur
XX əsr rus filosofu, fundamental fəlsəfi əsərlərin müəllifi Aleksey Losev «bütöv bir fəlsəfi sistem»” adlandırılan «Mifin dialektikası»” kitabında yazır: «Mif büsbütün uydurmadır, mif uşaq fantaziyasıdır, o, real deyil, lakin subyektivdir, fəlsəfi cəhətdən cılızdır və ya əksinə, sitayiş predmetidir...” Mif yaratmaq üçün intellektual səylərdən çox da istifadə etmək lazım gəlmir. Çünki mif ideal varlıq deyil, lakin həyatda hiss edilən və yaradılan, maddi reallıq və cismani, heyvani dərəcəyə çatan cismani gerçəklikdir.» Tədqiqatçılar müəyyən ediblər ki, mifoloji təfəkkür ərazi ilə bağlı olanda təsəvvür güclənir, əcdadlara pərəstiş, uydurma «tarixi» miflər yaranır. Bu həqiqət miflər əsasında dövlət formalaşdıran ermənilərin «təcrübəsində» aydın görünür.
Lakin mifologiya ilə yanaşı, «mifolojiləşdirmə»” anlayışı da vardır. Bəzən mif dedikdə, nə vaxtsa formalaşmış mədəniyyət abidələri deyil, gerçəkliyə müəyyən mənada qeyri-adekvatlıq başa düşülür. Bu, bir tərəfdən kütlələrin sadəlövhlüyündən, digər tərəfdən isə bu və ya başqa mifi ictimai şüura bilərəkdən yeridənlərin hərəkətlərindən irəli gəlir.
Bu mərhələdə bir qədər ayıq olmaq gərəkdir. Filosoflar mifologiya ilə bağlı fikirlərini qısa olaraq bu cür izah etməklə, onu da bildirirlər ki, mifolojiləşdirmə şizofreniya simptomlarının yaranması ilə bağlı xəstəlikdir və müdafiə mexanizmlərinin işə düşməsi deməkdir. Ermənilərin mif yaradıcılığına nəzər salsaq, asanlıqla yəqin etmək olar ki, onlar xəyali miflərdən öz tarixlərini qədimləşdirmək məqsədilə istifadə etməkdə hamını qabaqlayırlar. Lakin təsəvvürün, xəyalın məhsulu olan mifdən, əsatirdən fərqli olaraq hadisələr tarixin qanunauyğunluqları ilə idarə olunur, inkişaf edir.
Tarixi şəxsiyyətlərin, filosofların düşüncələrinin məhsulu olan bu fikirləri diqqətə çatdırmaqda məqsədimiz ermənilərin Ermənistanın dünyada ilk xristian dövləti, qədim tarixə, zəngin mədəniyyətə malik olması barədəki sayıqlamalarının heç bir əsasının olmadığını elmi araşdırmalarla sübuta yetirək.
Türkiyəyə, Azərbaycana, Gürcüstana… qarşı ərazi iddiaları olan ermənilərin dünyanın hər yerində «qədim hay»ların yaşadıqları barədə tarixi fakta istinad etmək imkanları olmasa da, təsəvvürlərində formalaşdırdıqları «Hayastan»la bağlı mifləri istənilən qədərdir. Bu mifi yaratmaq mexanizm isə çox asandır. Ermənilərə məxsus «tarixi» bir əşyanı ürəklərindən keçən bir ərazidə basdırıb, sonra onları « tədqiq edib, aşkarlamaqla» özlərini o yerin aborigen əhalisi hesab etməklə bağlı daşnak həyasızlıqları hər kəsə bəllidir. Dağlıq Qarabağa gəlmə olduqlarını bildirən Tərtər rayonunun Şıxarx qəsəbəsindəki abidəni söküb atsalar da, tarixin üstündən qələm çəkmək imkanı olmayan ermənilərin Cənubi Qafqazda «minillik tarixə malik olmaları» barədə heç bir sənədin olmadığını elə öz alimləri dəfələrlə açıqlayıblar.
Erməniləri daha yaxından tanıyan, murdar xislətli xalq olduqlarını xarakterizə edən, «erməniliyin» taun qədər qorxulu olduğunu dərk edən rus yazıçısı A.S. Qriboyedov Rusiya imperatoruna göndərdiyi məktubunda yazırdı: « Əlahəzrət, mərkəzi rus torpaqlarında ermənilərin məskunlaşmasına icazə verməyin. Onlar elə tayfadırlar ki, bir neçə on il yaşadıqdan sonra dünyaya hay-küy salaraq «bura bizim qədim, dədə-baba torpağımızdır» deyəcəklər.»
Erməni vəhşiliyini, terrora dəstəyini, qaniçənliyini sübut edən mənbələr istənilən qədərdir. Məntiqi nəticə isə dəyişilməzdir: Tarixləri, kökləri, mədəniyyətləri bəlli olmayan ermənilər köçəri tayfalar kimi, məskunlaşdıqları əraziləri özününküləşdirməkdə mahirdirlər.
Ermənistanın yalanlardan ibarət, nağıla bənzəyən Milli Təhlükəsizlik Strategiyası da mifik təfəkkürün məhsuludur.
Tarixdən bəllidir ki, güclü dövlətlər istəklərinə nail olmaq üçün məkrli ermənilərdən alət, vasitə kimi istifadə ediblər. Keçmişdə olduğu kimi, müasir dövrümüzdə də özünə məxsus «milli» adında heç nəyi olmayan Ermənistanın «təhlükəsizlik strategiyası» əslində daşnakların yalanlarını, işğalçılıq siyasətini, terrora, separatizmə dəstək kimi mənfur niyyətlərini «demokratiya pərdəsi» altında gizlətməkdir. Başqalarının nökəri, əl oyuncağı olduğu halda, Ermənistanın özünü tanınmamış «Dağlıq Qarabağ respublikası»nın qarantı adlandırması köpəyin aya hürməsi təsəvvürü yaradır.
Dağlıq Qarabağın tarixi Azərbaycan torpaqları olduğunu təsdiqləyən qətnamə və bəyanatlara əhəmiyyət vermədiyini yalançı «strategiyası»nda da loğvalıqla bildirən Ermənistanın ən qatı terror təşkilatlarına dəstəyini sübut etməyə ehtiyac yoxdur. Dövlət siyasətində faşizm ideyalarına sadiqliyini gorbagor babalarına, ilahiləşdirdikləri Njdeyə, Droya abidə ucallmaqla təsdiqlədilər. Demoqrafik, iqtisadi, sosial, hərbi böhran içərisində olsalar da, hələ də «yeni torpaqlar naminə yeni müharibə» istəyində olan başqalarının əraziləri hesabına özləri üçün dövlət yaradan daşnakların əsl «strategiyası» separatizmdən qaynaqlanır.
Başqalarının dili ilə danışan işğalçı dövlətin baş naziri Nikol Paşinyan qonşu dövlətlərin torpaqlarında gözü olduğunu mənfur «strategiyasında» açıqlayır. Qulağı kəsik Andranik kimi qaniçən babalarının qəddarlığını unudaraq növbəti dəfə erməniləri «məzlum , soyqırıma məruz qalan xalq» adlandırır. Etnik siyasətə üstünlük verən Ermənistanın «strategiyasında» «millətlərarası, xalqlararası dialoqlara hazır olması», «demokratiyaya sadiqlik» barədə isterik müddəaların yer alması ovunu yeyən timsahın göz yaşlarını xatırladır. Paşinyanın, eləcə də onun qan qoxulu «strategiyasının» zülmə xidmət etdiyini 31Mart, 20 Yanvar, Sumqayıt hadisələri, Xocalı soyqırımı zamanı azərbaycanlılara qarşı törətdilən vəhşiliklər də sübut edir.
Erməni həkimi, daşnakların ideoloqu Zori Balayanın «Əsgərlərimiz türk uşağını pəncərəyə mismarlamışdılar. Başından, sinəsindən, qarnından dərsini soydum. Saata baxdım. Uşaq 7 dəqiqə sonra qan itirmədən öldü. Türk uşağına etdiyim bu işgəncədən özümü narahat hiss etmədim. Ruhum xalqımın yüzdə birinin belə intiqamını aldığım üçün sevincdən qürurlandı.. Axşam eyni şeyi daha üç türk uşağına tətbiq etdik» sözləri ermənilərin faşizm ideologiyasına əsaslanan milli strategiyasına uyğundur.
Sənəddə qaniçən Andranik, Amazasp, Varujan Karapetyan, Monte Melkonyan, Caan Ohanesyan, Aşot Qaloyan, Boris Simonyan, Qrant Markaryan kimi terrorçuların tökdükləri qanlardan söz açılsaydı strategiya daha milli və inandırıcı olardı.
Xuraman İsmayılqızı, "İki sahil"