21 fevral 2019 14:47
1390

Ermənistanın naziri tualetdən canlı yayıma çıxdı VİDEO

Ermənistanın nəqliyyat naziri Akop Arşakyan antisanitar vəziyyətdə olan tualetdən canlı yayıma çıxıb. 

O, "Kilikiya" mərkəzi avtovağzalının tualetini öz "Facebook" səhifəsindən canlı yayımda nümayiş etdirərək, burada on illərlə iş görülmədiyini, biabırçı vəziyyət yarandığını bildirib:

"Avtovağzalın normal tualeti, gözləmə zalı olmalıdır. Bunların yaradılacağına söz verirəm". 

Arşakyanın canlı yayım videosu dha sonra "Facebook" səhifəsindən silinib.