06 fevral 2019 17:40
562

Erotik klipdə Azərbaycanın polis şevronu - VİDEO

Türkiyədə qatıldığı evlilik verilişi ilə məşhurlaşan Naz Milanın söz və musiqisi Ceyhuna məxsus “No panic” klipindəki görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

"İki sahil" Teleqraf.com-a istinadən xəbər verir ki, açıq-saçıq kadrlardan istifadə olunan erotik klipdə yarıçılpaq bir xanımın Azərbaycan polisinin mundirini kobud şəkildə pozmasına istifadəçilər sərt reaksiya verib.

Uniformanın hər iki qolunda Azərbaycan polisinin tanıtım emblemini əks etdirən şevronun nümayişkəranə əks etdirilməsi asayiş keşikçilərinə hörmətsizlik kimi qiymətləndirilib.