28 iyul 2020 16:19
1567

Əsas məqsədimiz dəyər zəncirini artırmaq və şirkətə gəlir gətirməkdir

Xalik Məmmədov: “Hər addımımız işçilərin kütləvi azalmasına gətirib-çıxarmamalıdır”

 

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədəki törəmə şirkətində optimallaşdırma işlərinə başlayır.

“Report”un məlumatına görə, bunu SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov İnsan Resurslarının İdarə edilməsinə dair QHT-lərin də iştirakı ilə keçirilən onlayn görüşü zamanı bildirib.

Onun sözlərinə görə, şirkətin strukturunun dəyişdirilməsi ilə bağlı bəzi işlərə start verilib: “Biz Azərbaycanda da optimallaşma ilə bağlı OPEC+-un tələblərinə uyğun olaraq strukturda dəyişikliklərə aid məslətləşmələr aparırıq. Əsas məqsədimiz dəyər zəncirini artırmaq və şirkətə gəlir gətirməkdir.

Ümumiyyətlə, həm ölkə iqtisadiyyatı üçün büdcəyə ödədiyimiz vergilər hesabına, həm də şirkətin imkanlarının artırılması üçün səmərəli işləməyə çalışırıq. Amma bundan da əlavə bizim dövlət şirkəti olaraq sosial öhdəliklərimiz də var. Bunun üçün də bizim qəbul etdiyimiz qərarlar hər iki prosesin idarə olunması ilə həyata keçirilir. Bizim atdığımız hər bir addım kütləvi sürətdə işçilərin azalmasına gətirib çıxarmamalıdır. Bizim addımlarımız düşünülmüş və ehtiyatlı addımlardır. Biz sosial məsuliyyətimizi dərk edirik”.