22 yanvar 2020 11:03
1569

“Eşkıya Dünyaya Hükümdar Olmaz”da böyük sürpriz - FOTO

Türkiyənin “ATV” kanalının ekranlarında yayımlanan “Eşkiya dünyaya hükümdar olmaz” serialını tərk edən məşhur aktrisa fenomen seriyala qayıdır.

“İki sahil” xəbər verir ki, Oktay Kaynarcanın baş rol aldığı “Eşkiya dünyaya hükümdar olmaz” filmində böyük bir sürpriz yaşanacaq.

Ötən günlərdə serialın yeni bölümlərinin yayımlamaması ilə bağlı sosial media hesabından açıqlama verən Kaynarca belə demişdi: “Serialdakı fasilə bizim tətil etməyimiz səbəbindən deyil. Televiziya yayım siyasəti ilə əlaqəli bir prosesdir. Yeni bölüm ilə ekranlarınızda olacağıq, birlikdə çox gözəl bir mövsüm paylaşacağıq. Biz də darıxmışıq, görərik."

Onur Tanın rejissorluğu ilə yayımlanan  sevilən serial Yeni il tətili və reklam müqavilələri səbəbindən verilən fasilədən sonra yeni bölümü ilə 28 yanvarda (çərşənbə axşamı)  tamaşaçılarının ixtiyarında olacaq.

Naz Elmasın ayrılmasından sonra “EDHO”ya hansı qadın aktrisanın qoşulacağı məlum olub.

Fenomen serialdan  bir il əvvəl ayrılan Sanem Çelik “Ceylan” obrazı ilə filmə yenidən qatılacaq.