28 iyun 2020 22:41
407

Əsli Kazımova: İnsanları öz maraqlarına görə istifadə edən Xalq Cəbhəsinin ermənidən nə fərqi var axı?

“Dağlıq Qarabağ münaqişəsi Cənab Prezidentin də dediyi kimi, Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin acı mirasıdır”.

Trend-in məlumatına görə, bunu mətbuata açıqlamasında Azərbaycan Ssosial Rifah Partiyasının birinci müavini Əsli Kazımova deyib.

Onun sözlərinə görə, məhz Xalq Cəbhəsinin fəaliyyətsizliyi və vəzifə uğrunda apardıqları hərc-mərclik səbəbiylə atdıqları xəyanətkar addımlar nəticəsində torpaqlarımız işğal olundu: “Dağlıq Qarabağın işğalının səbəbi, Xalq Cəbhəsinin torpaq uğrunda mübarizəyə deyil, hakimiyyət uğrunda mübarizəyə önəm verməsi idi. Bunu qəbul etmək istəmirlər. Amma bu bir faktdır. Xalq Cəbhəsi torpaqları işğal edən erməni ilə yox, hakimiyyət uğrunda öz milləti ilə mübarizə aparırdı. İndi isə yenə də, eyni siyasəti yürüdür. Bu dəfə gəncləri öz məkirli siyasətləri uğrunda istifadə edir.

Bir məqama diqqət yetirməyinizi istəyirəm. Bu gün dünyada baş verən siyasi məsələlərdən qaynaqlanaraq, iqtisadi sahədə neftin qiyməti də, enişli yoxuşlu vəziyyətdədir və bu heç kəsə sirr deyil. Maraqlı odur ki, bu gün neftin qiyməti endiyində müxalif qüvvələr sevindiyini bəyan edir. Baxın, elə belə təfəkkürlə də onlar dövləti idarə ediblər. Neftin qiymətinin enməsinə və Azərbaycanın zərər etməsinə, Xalqın rifahının aşağı olmasına kim sevinər? Əlbəttə ki, erməni. İndi siz deyin, dövlətçilikdən danışan, insanları öz maraqlarına görə istifadə edən Xalq Cəbhəsinin ermənidən nə fərqi var axı?
Bu gün hesab edirəm, bütün müxalif qüvvələr bütün mitinqləri, çəkişmələri, hakimiyyətlə daxili siyasi mübarizəni dayandırıb faktiki olaraq, ölkədəki mövcud vəziyyətdə dövlət və xalq üçün çalışmağı öyrənməlidirlər. Çünki hazırda tutduqları mövqe hakimiyyətdən daha çox Xalqa və Dövlətə qarşı olan mövqedir”.