15 may 2019 14:49
238

Ət idxalı kəmiyyət ifadəsində 24 faiz artıb

Cari ilin yanvar-aprel aylarında Azərbaycana  23 milyon 796,57 min ABŞ dolları dəyərində ət idxal edilib.

“İki sahil” Dövlət Gömrük Komitəsinin məlumatlarına istinadən bildirir ki, bu göstərici ötən ilin eyni dövrü (19 milyon 357,37 min dollar) ilə müqayisədə 22,93 faiz çoxdur.

Hesabat dövründə 16 min 677, 73 ton ət idxal edilib ki, bu həcm ötən ilin müvafiq dövrü (13 min 465,86 ton) ilə müqayisədə 23,85 faiz çoxdur.