10 dekabr 2019 10:18
737

“EuroHome”da yanğını söndürmək üçün helikopter cəlb olundu VİDEO

10 dekabr 2019-cu il tarixində səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında yanğın baş verməsi barədə məlumat daxil olub. Nazirlikdən "İki sahil"ə verilən məlumatda bildirilir ki, dərhal əraziyə Fövqəladə Hallar Nazirliyin müvafiq qüvvələri cəlb olunub.

Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və nazirliyin aidiyyəti qurumlarının rəhbərləri hadisə yerindədir. Çağırış 3 elan olunub.

 Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.