30 iyun 2020 18:37
367

Ev şəraitində müalicə olunacaq şəxslər dərmanla təmin olunacaq

“Ev şəraitində müşahidə və müalicə ancaq simptomsuz və koronavirusun yüngül əlamətləri olan şəxslər üçün nəzərdə tutulur”. “İki sahil”  APA-ya istinadla xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov bildirib.

N. Zeynalov deyib ki, simptomsuz xəstələrin müalicəsi, yüngül əlamətləri olan xəstələrin isə əsasən vitaminlərlə təchiz olunması nəzərdə tutulur: “Bu dərmanların poliklinikalar vasitəsi ilə yoluxmuş şəxslərə çatdırılması nəzərdə tutulur. Koronavirusa yoluxmuş xəstələrin evdən çıxmaması lazımdır, dərman təchizatı təmin olunacaq”.