25 iyun 2020 17:12
1268

Ever Banega "Sevilya" ilə son oyuna çıxmaq istəyir

İspanyanın "Sevilya" klubunun oyunçusu Ever Banega müqaviləsinin 30 iyunda başa çatmasına görə komandası ilə son bir oyuna çıxmaq istəyir.

"İki sahil" Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Sevilya"nın yarımmüdafiəçisi Baneganın müqaviləsi 30 iyunda başa catır. 31 yaşındakı oyunçu iyulun 1-dən Səudiyyə Ərəbistanı klubu "Al-Shbab"ın oyunçusu olaçaq. Səudiyyə kilubu ilə 3 illik müqavilə bağlayan oyunçu Avropa Liqasindakı "Roma" ilə oyundan sonra komandası ilə vidalaşmaq istəyir.

Qeyd edək ki, Avropa Liqasının son 16-lığa qalan turun "Roma"-"Sevilya"  oyunu avqust ayında oynanılacaq.