15 fevral 2019 20:20
1809

“Everton”un ulduzu top klubların hədəfində

İngiltərənin “Everton” klubunun ulduz futbolçusu Riçarlison top klubların hədəfinə düşüb.

AZƏRTAC “AS” nəşrinə istinadla xəbər verir ki, braziliyalı futbolçu ilə “Mançester Siti”, “Milan”, “Paris Sen-Jermen”, “Atletiko Madrid” və “Çelsi” klubları yaxından maraqlanır.

Qeyd edək ki, “Everton” cari mövsümün əvvəlində braziliyalını “Vatford” klubundan 40 milyon avroya alıb. Hücumçu cari mövsüm 25 matçda iştirak edib və 10 qolla yadda qalıb.