12 noyabr 2019 21:29
198

“Expo 2020 Dubai” – Formula 1-in sponsorudur

Formula 1-də 2020-ci il oktyabrın 20-dən 2021-ci il aprelin 10-dək Dubayda keçiriləcək “Expo 2020 Dubai” beynəlxalq sərgisinin təşkilatçıları ilə sponsor müqaviləsinin imzalanması barədə elan ediblər.

Əməkdaşlıq çərçivəsində Əbu-Dabi Qran-Prisində və mövsümün növbəti mərhələsində çempionatın traslarında “Expo 2020 Dubai” sərgisinin loqotipi yerləşdiriləcək.

Formula 1-in sponsor və kommersiya əməkdaşlığı məsələləri üzrə direktoru Marri Barnett deyib: “Biz “Expo 2020 Dubai” ilə - dünyanın hər yerindən ölkələri və şirkətləri birləşdirən, region ərazisində olan ən iri sərgi ilə əməkdaşlığa şadıq. Formula 1 çempionatının özəlliklərindən biri ondadır ki, biz yürüşün keçirildiyi ölkə barədə söz açmağa yardım edirik. Beynəlxalq sərgi də dünyanın 192 ölkəsini birləşdirməklə, həmin missiyanı yerinə yetirir.

Biz fəxr edirik ki, Formula 1 2019-cu və 2020-ci ildə bəzi əlamətdar mərhələlərdə “Expo 2020 Dubai” beynəlxalq sərgisini təbliğ edəcək”.