07 oktyabr 2020 23:17
1712

Eyvanda uşaq dünyaya GƏTİRDİ - FOTO

Braziliyalı futbolçu Bryan Borgesin həyat yoldaşı yaşadığı binanın eyvanında uşaq dünyaya gətirib.

"İki sahil" Ölkə.az-a istinadən xəbər verir ki, futbolçunun həyat yoldaşı Mylenanın doğum sancısı başladığı üçün xəstəxanaya yollanıblar. Ancaq binadan çıxan cütlük çətin anlar yaşayıb. Borgesin həyat yoldaşının sancısının artması səbəbindən o binanın eyvanında körpəsini dünyaya gətirib. Belə ki, həmin anlar binanın təhlükəsizlik kameralarına tuş gəlib. Cütlüyün qız övladı dünyaya gəlib. Onlar yeni doğulan körpələrinə Sesilia adını veriblər.