13 avqust 2020 21:24
1203

Fabrikin 300-ə yaxın işçisi koronavirusa yoluxub

Böyük Britaniyada Norsampton şəhərində yerləşən “Greencore” sendviç fabrikində 292 işçinin koronavirus testi müsbət nəticələnib. 

APA-nın məlumatına görə, fabrikin rəhbərliyi digər işçilərin də test olunacağını açıqlayıb: “Fabrik ərazisində genişmiqyaslı sosial məsafə tədbirləri, ciddi gigiyena prosedurları və müntəzəm temperatur yoxlanışı mövcuddur və işçilərimizin təhlükəsizliyini təmin etmək üçün əlimizdən gələni edirik”.