01 fevral 2019 10:53
727

“Facebook”dan yenilik...

“Facebook” özünün sahibi olduğu “Whatsapp”, “Messenger” və “İnstagram”ı  ümumi bir mesajlaşma proqramı  ilə təmin etmək üçün birləşmə planı üzərində işlədiyini açıqlayıb. Hər üç platforma ayrı-ayrı tətbiqlər olaraq qalsalar da, platformalar bir-birinə inteqrasiya olunacaq və üç tətbiq arasında mesajlaşma və mesaj ötürmə mümkün olacaq.

“Facebook”, bu uzunmüddətli planın hələ başlanğıcında olduqlarını bildirib.

İlk olaraq “New York Times” tərəfindən elan edilən bu plan, “Facebook”un sahibi, Mark Zukerberqin fərdi layihəsi kimi qiymətləndirilir. Bu plan tamamlandıqdan sonra “Facebook” istifadəçiləri birbaşa “WhatsApp” hesabı olanlara mesaj göndərə biləcəklər.

“New York Times” üç ayrı tətbiqin birləşdirilməsi planının bu ilin sonu ya da gələn ilin əvvəllərində tamamlanması ehtimalının olduğunu da bildirib. 

Zukerbergin birləşdirmə planını, tətbiqləri daha faydalı hala gətirmək və istifadəçilərin bu tətbiqlərdə vaxt itkisini artırmaq üçün həyata keçirmək istədiyi ifadə edilir.

Texnologiya xəbərləri verən “The Verge”dən Makena Kelli “Facebook”un üç tətbiqi birləşdirərək “Google”un və “Apple”nin mesajlaşma xidmətləri üçün daha təsirli rəqabət şəraiti yarada biləcəyinə diqqət çəkir.

Bu birləşmə vasitəsilə “Facebook”un üç tətbiq arasında məlumat mübadiləsi və istifadəçilərin maraq sahələrinə istiqamətli reklam işləri asanlaşacaq.

“Facebook”un məsələ ilə bağlı açıqlamasında deyilir: “Edə biləcəyimiz ən yaxşı mesajlaşma tətbiqini inşa etmək istəyirik. İnsanlar sürətli, sadə, etibarlı və gizli şəkildə mesajlaşmaq istəyir. İstifadəçilərimizin dostları və digər ailə üzvləri ilə daha rahat əlaqə saxlamasını asanlaşdıracaq yollar üzərində çalışırıq.”

Röya Rasimqızı