23 yanvar 2021 12:12
738

"Facebook”un işində problemlər yaranıb

Bir sıra ölkələrdən olan "Facebook" istifadəçiləri sosial şəbəkədə olan nasazlıqlardan şikayətlənirlər.

"İki sahil" xəbər verir ki, problemlərdən daha çox ABŞ, Niderland və Böyük Britaniyadan olan istifadəçilər şikayətçidir. İstifadəçilərin əksəriyyəti (56%-ə yaxın) hesablarına girişdə problem yaşayır, daha 25%-i sosial şəbəkənin tamamilə işləməməsindən şikayətçidir, 18%-i isə xəbər lentinə baxmaqda çətinlik çəkir.