15 mart 2020 11:37
1038

“Fənərbağça” məğlub olub

Türkiyə Superliqası: “Konyaspor” doğma meydanda “Fənərbağça”nı məğlub edib

Martın 14-də Türkiyə Superliqasının XXVI turunun ikinci günündə “Fənərbağça” səfərdə "Konyaspor"un qonağı olub.

“Konya” stadionunda keçirilən görüşdə meydan sahibləri İstanbul təmsilçisini minimal hesabla məğlub edib. Oyunda yeganə topu Riad Bayiç vurub. Bundan əlavə, Konya təmsilçilərinin futbolçuları Neyç Skubiç və Ömər Əli Şahinər qırmızı vərəqə alaraq komandalarını meydanda azlıqda qoyublar.

Günün digər matçlarında “Dənizlispor” doğma meydanda “Gənclərbirliyi”ni 1:0 hesabla üstələyib. "Alanyaspor"da öz meydanında “Qaziantep”ə minimal hesabla qalib gəlib.

Bundan başqa, turda “Kayserispor”-“Yeni Malatyaspor”, “Trabzonspor”-“Başakşəhər”, “Qalatasaray”-"Beşiktaş" və “Antalyaspor”-"Sivasspor" matçları keçiriləcək.

Türkiyə çempionatında hazırda “Trabzonspor” 52 xalla liderdir. Onunla eyni xala malik “Başakşəhər” ikincidir. “Qalatasaray” və “Sivasspor” klubları isə 49 xalla üç və dördüncü pillələrdə qərarlaşıb. Sonrakı yerlərdə “Beşiktaş” (40 xal), “Alanyaspor” (39 xal), “Fənərbağça” (39 xal) və digər komandalar gəlir.