11 fevral 2020 15:07
550

Fənn olimpiadalarının yarımfinal turu keçiriləcək

Fevralın 23-də cari tədris ili üçün Respublika Fənn Olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçiriləcək.

"İki sahil" xəbər verir ki, yarımfinal turu Bakı şəhərində 6, Naxçıvan Muxtar Respublikasında 1 və bölgələrdə 11 mərkəz olmaqla ümumilikdə 17 mərkəzdə təşkil ediləcək.

Şagirdlərin yarımfinal tur üçün qeydiyyat və yerləşdirilməsi prosesi www.olimpiada.edu.az saytı vasitəsilə 15 fevral 2020-ci il tarixinə qədər həyata keçirilir.

Qeyd edək ki, Respublika fənn olimpiadasının rayon (şəhər) mərhələsi yanvarın 12-də 33784 şagirdin iştirakı ilə keçirilib. Qaydalara əsasən, respublika mərhələsinin yarımfinal turunda rayon (şəhər) mərhələsində uğur qazanan şagirdlər və əvvəlki tədris ilində beynəlxalq olimpiada qalibi olmuş məktəblilər (ümumilikdə 5396 nəfər) iştirak etmək hüququ qazanıb. Bu mərhələdə IX sinif və xüsusi istedadı ilə seçilən VIII sinif şagirdləri aşağı yaş qrupu, X və XI sinif şagirdləri yuxarı yaş qrupu üzrə yarışacaqlar. Yarımfinal turunda ən çox iştirakçı 1387 nəfər olmaqla Azərbaycan dili və ədəbiyyat fənni üzrə,  ən az iştirakçı isə 161 nəfər olmaqla informatika fənni üzrədir.

Respublika Fənn Olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə təşkil edilir.