14 yanvar 2020 10:27
439

Fermada quş qripi virusu aşkarlanıb

Yanvarın 13-də Polşanın böyük qazyetişdirmə fermalarından birindəki 6 min quşda quş qripi virusu aşkarlanıb.

Virusun aşkar olunduğu heyvanlar təcili olaraq məhv edilib. Ümumilikdə, ötən ilin dekabr ayında daha bir neçə analoji hal aşkar olunub. Bu hallar ölkənin Lüblin və Velikopolsk regionlarında üzə çıxıb.

Polşa Avropanın ən iri quş əti ixracatçısıdır. Burada istehsal olunan ət və ət məhsullarının dörddə üçü Avropaya, qalanları isə Azərbaycan da daxil olmaqla Asiyanın iri ölkələrinə və Cənubi Afrika Respublikasına ixrac olunur. Sözügedən ölkələrin demək olar ki hamısı Polşadan gətirilən quş ətinə nəzarəti gücləndirib, bəziləri isə mal alışını müvəqqəti dayandırıb. //AZƏRTAC