12 fevral 2020 17:05
678

“Ferrari” yeni bolidini nümayiş etdirib

İtaliyanın “Ferrari” komandası Formula 1 üzrə dünya çempionatının yeni mövsümü üçün bolidini nümayiş etdirib.

Ənənəvi qırmızı rəngli bolid “Ferrari” komandasının mininci Qran-Prisinin şərəfinə “SF 1000” adlandırılıb.

Qeyd edək ki, “Ferrari” komandası yeni mövsümdə də əvvəlki heyətlə mübarizə aparacaq. Komandanın əsas pilotları almaniyalı Sebastian Fettel və monakolu Şarl Leklerdir. Bu iki pilotun peşəkarlığı sayəsində ötən il komanda Konstruktorlar Kubokunda ikinci yeri tutub.

Qeyd edək ki, yeni mövsümün ilk Qran-Prisi martın 13-15-də Avstraliyada keçiriləcək. Formula 1 üzrə Azərbaycan Qran-Prisi isə iyunun 5-7-də baş tutacaq.