23 fevral 2019 15:45
1026

FIFA: DÇ Peruda keçirilməyəcək

FIFA 17 yaşadək futbolçular arasında dünya çempionatının Peruda keçirilməyəcəyini açıqlayıb.

"İki sahil" "Report"a istinadən xəbər verir ki, qurum Peru Futbol Federasiyası ilə görüşlər zamanı bir sıra təşkilati və insfrastruktur problemlər aşkarlayıb. 

FIFA hazırda yeni bir ev sahibi ölkənin təyin olunması ilə bağlı müxtəlif alternativləri qiymətləndirir.

Qeyd edək ki, U-17 dünya çempionatı bu il oktyabrın 5-7-də keçirilməlidir. FIFA 2018-ci ilin martında gənclər arasında mundialın Peruda olacağını açıqlayıb.