24 yanvar 2021 10:37
911

FHN 2 nəfəri xilas etdi

Bakı şəhərinin Binəqədi rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

“İki sahil” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə daxil olan müracət əsasında dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 nəfərin liftdən çıxarılması təmin edilib.