15 yanvar 2020 10:47
538

FHN: "ВАЗ" su kanalına düşüb - İKİ NƏFƏR...

İmişli rayonunun Cəfərli kəndində "ВАЗ" markalı minik avtomobilinin su kanalına düşməsi barədə məlumat daxil olub.

“İki sahil” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə məlumat daxil olduqdan dərhal sonra hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri yarıbatmış vəziyyətdə olan avtomobildə sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.