16 mart 2020 18:25
633

FHN: Yanğın söndürülüb

Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 45 m² olan mənzildə ev əşyaları 10 m² sahədə və eyvanın yanar konstruksiyaları 3 m² sahədə yanıb.

"İki sahil" FHN-ə istinadən xəbər verir ki, Yanğın zamanı bir azyaşlı yanğınsöndürənlər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.