01 oktyabr 2020 12:04
946

FIFA AFFA-ya tövsiyə məktubu göndərdi

FIFA DÇ-2022-nin seçmə mərhələsi öncəsi bütün milli assosiasiyalara oyunlarda iştirak üçün sifariş ərizəsində futbolçu sayını çoxaltmağı tövsiyə edən məktub göndərib.

"İki sahil" "Report"a istinadən xəbər verir ki, ali futbol qurumunun bayrağı altında keçirilən matçlarda yığmalara minimum oyunçu limiti tətbiq olunmayacaq (UEFA-da bu say 13-dür).

FİFA federasiyalara kifayət qədər ehtiyat futbolçu götürməyi və siyahını genişləndirməyi tövsiyə edib. Həmçinin sənəddə azarkeşlərə məhdudiyyət barədə heç bir qeyd yoxdur. Amma stadionda olan fanatların maska taxmasının vacibliyi vurğulanıb. Həmçinin oyunlarda azyaşlı uşaqların topdaşıyan kimi iştirakı məsləhət görülmür.

Bundan başqa, futbolçulara otellərdə qalmaq tövsiyə olunub. Lakin onların bufetlərə girişi qadağandır. Komandalar və hakimlər stadiona 10 dəqiqə intervalla gəlməlidirlər. Oyunçular meydana növbə ilə çıxacaqlar. Futbolçuların və milli komandaların nümayəndələrinin maskasında hər hansı rəmz olmamalıdır.