07 fevral 2019 15:51
279

FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb

FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

"İki sahil" AZƏRTAC-a istinadla xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan milli komandası bir pillə geriləyib. Millimiz 1206 xalla 108-ci pillədə qərarlaşıb.

Reytinq cədvəlinə 1727 xalla Belçika millisi başçılıq edir. Fransa yığması 1726 xalla ikinci, Braziliya isə 1676 xalla üçüncü pillədə qərarlaşıb.